"Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone komandasının bu mövsümkü çıxışını dəyərləndirib.
Qol.Az-ın məlumatına görə, "AS" qəzetinə açıqlamasında argentinalı mütəxəssis komandasının "Real" və "Barselona" ilə rəqabət apara biləcəyini deyib:
"Real" və "Barselona" kimi komandalarla tez-tez oynamaq daha yaxşı olardı. Çünki bu komandalar hər zaman diqqət mərkəzindədirlər. Bir sıra komandalar "Real" və "Barselona" ilə görüşdən öncə məğlub olurlar. Ancaq bu bizim üçün keçərli deyil. Biz gələcəyə hesablanmış komanda qururuq. Bir neçə mövsüm yaxşı çıxış edib, sonradan hər şeyi sıfırdan başlamaq istəmirik. Komanda olaraq çox şey əldə etmişik. "Atletiko" "Real" və "Barselona" ilə rəqabət aparacaq gücdədir".
Qeyd edək ki, "Atletiko" La Liqada 25 turdan sonra 60 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
"Şəfa"dan 12-ci transfer
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı