"Çelsi"nin baş məşqçisi Joze Mourinyo "Qalatasaray"ın çalışdırıcısı Roberto Mançininin cavabını verib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, italiyalı mütəxəssis "İnter"in Çempionlar Liqasını qazandığı heyəti özünün qurduğunu söyləmişdi:
"İnter" klubu mən orada işləməzdən öncə yaxşı oynamırdı. Mən onları dəyişdirdim".
Mourinyo isə həmkarının bu açıqlamasına cavab olaraq deyib: "Mançinin dedikləri çox gülməlidir. Çünki mənim finalda oynayan komandamda Lusio, Tiaqo Motta, Dieqo Milito, Samuel Eto'o, Qoran Pandev və Uesli Sneyder kimi futbolçular vardı. Mançinin heyətində isə bu oyunçular yer almırdı".
Qeyd edək ki, Mançini 2004-2008, Mourinyo isə 2008-2010-ci illərdə "İnter"də çalışıb.
"Şəfa"dan 12-ci transfer
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı