Yığmamız İsveçrə klubuna məğlub oldu

Yığmamız İsveçrə klubuna məğlub oldu
XƏBƏR 26 Fevral 2014 / 10:06 1284
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız İsveçrənin "Vaud" klubunun əvəzedici komandası ilə qarşılaşıb.

Qarşılaşma 2:1 hesabı ilə İsveçrə təmsilçisinin xeyrinə başa çatıb. Yığmamızın heyətində Xəyal Əmirli fərqlənib. Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar oyundan əvvəl 1 dəqiqəlik sükut elan olunub və yığmamızın üzvləri meydana qara sarğı ilə çıxıb.

Son xəbərlər