"Rəqimiz çox güclüdür. "Çelsi" olaraq əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Qələbə qazanmaq üçün oynayacağıq. Müdafiə olunmaq fikrimiz yoxdur.Droqba ilə ötən mövsüm olduğu kimi bu il yenidən qarşılaşmaq ilginc olacaq".
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Çelsi"nin baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 1/8 finalında "Qalatasaray"la oyundan əvvəl deyib.
Portuqaliyalı çalışdırıcı bildirib ki, komandası ÇL-in favoriti deyil: "Bu, göz qabağındadır. Sözün düzü, favorit olaraq göstərilməyimizi istəmərəm. Çünki ötən mövsüm "Real"da işləyərkən favorit olsaq da, mübarizəni dayandırmışdıq".
Gələcək karyerası haqda da danışan Mourinyo "Qalatasaray"da baş məşqçilik etməyi mümkün hesab edib: "Çelsi"dən ayrıldıqdan sonra "Qalatasaray"da daxil olmaqla bir çox klubu çalışdıra bilərəm".
Qeyd edək ki, "Qalatasaray" - "Çelsi" matçı sabah baş tutacaq.
"Şəfa"dan 12-ci transfer
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər