"Real" (Madrid) klubunun qapıçısı İker Kasilyas Çempionlar Liqasının 1/8 final mərhələsində qarşılaşacaqları "Şalke" ilə oyun haqda danışıb.
Qol.Az-ın məlumatına görə, ispaniyalı qolkiper UEFA-nın rəsmi saytına açıqlamasında rəqibin çox güclü və təhlükəli olduğunu bildirib:
"Şalke" fiziki cəhətdən çox güclü və təhlükəli rəqibdir. Onlar doğma azarkeşləri qarşısında oynayacaqlar ki, bu da bizə əlavə çətinlik yaradacaq. Ancaq biz rəqibə qapımıza yaxınlaşmağa imkan verməməliyik. Əksinə oyunu hücumda keçirməliyik".
Qeyd edək ki, "Şalke" - "Real" (Madrid) oyunu sabah axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
"Şəfa"dan 12-ci transfer
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər