Yığmamızın oyununda Xocalı qurbanları yad ediləcək

Yığmamızın oyununda Xocalı qurbanları yad ediləcək
XƏBƏR 25 Fevral 2014 / 13:12 1784
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Bakı vaxtı ilə saat 19:00-da yoldaşlıq oyunu keçirəcək.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız Almaniyanın "Hauenstein" klubu ilə qarşılaşacaq.

Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar yığmamızın üzvləri meydana qara sarğı ilə çıxacaq.

Son xəbərlər