Droqba: "Favorit "Çelsi"dir"

Droqba: "Favorit "Çelsi"dir"
XƏBƏR 25 Fevral 2014 / 10:57 2099
-  A +

"Qalatasaray"ın futbolçusu Didye Droqba Çempionlar Liqasının 1/8 finalında "Çelsi"ilə oyunöncəsi fikirlərini bildirib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli hücumçu keçmiş klubuna qarşı oynamağın onun üçün çətin olacağını deyib. Droqba bu matçın favoritinin London klubu olduğunu söyləyib:

"Keçmiş komandama qarşı oynamaq çox çətin olsa da, peşəkar futbolçu kimi hərəkət edəcəm. Matçın favoriti "Çelsi"dir. Cavab qarşılaşmasını öz evimizdə oynasaydıq, daha yaxşı olardı. İlk oyunda çox qol vurmağa çalışmalıyıq".

Qeyd edək ki, "Qalatasaray" - "Çelsi" matçı sabah baş tutacaq.


Son xəbərlər