Dünya kuboku Xorvatiyada

Dünya kuboku Xorvatiyada
XƏBƏR 24 Fevral 2014 / 21:52 1879
-  A +

Bu il Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatının kuboku bu dəfə Xorvatiyada nümayiş olunub.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, "Modern sənədlər" muzeyində sərgilənən kuboka maraq böyük olub. 2 gün ərzində ona 100 mindən çox insan baxmağa gedib.

Qeyd edək ki, dünya çempionatının kuboku sabah Türkiyəyə aparılacaq.

Əlavə edək ki, bu kubok ümumilikdə 89 ölkədə sərgilənəcək.


Son xəbərlər
topaz banner