"Barselona" Neymarın borcunu ödədi

"Barselona" Neymarın borcunu ödədi
XƏBƏR 24 Fevral 2014 / 20:35 2483
-  A +

"Barselona" ötən yay heyətinə qatdığı Neymarın transferi ilə bağlı vergilərin hamısını ödəyib.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytından verilən açıqlamada braziliyalı hücumçunun transferində hər hansı bir vergidən yayınma olmadığı bildirilib.

İspaniya məhkəməsi tərəfindən aparılan araşdırmada isə klubun 9.1 milyon avro vergi borcu olduğu qeyd olunmuşdu. "Barselona" günahını qəbul etməsə də, 13.5 milyon avro məbləğində vergi ödəyib.


Son xəbərlər
topaz banner