"Çelsi" Torresi satır

"Çelsi" Torresi satır
XƏBƏR 24 Fevral 2014 / 12:30 2488
-  A +

"Çelsi" futbolçusu Fernando Torresi mövsümün sonunda transferə çıxaracaq.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubunun prezidenti Roman Abramoviç üç ildir gözlənilən oyunu nümayiş etdirməyən hücumçunun satılmasına qərar verib.  Rus iş adamı "Çelsi "ilə iki illik müqaviləsi olan 30 yaşlı ispan futbolçunun təzminat qiymətini də müəyyənləşdirib. Ona 13 milyon funt sterlinq qiymət qoyulub.

Qeyd edək ki, Torreslə "Valensiya"nın yaxından maraqlandığı bildirilir.


Son xəbərlər