Simeone: "İkinci hissədə meydanda "Atletiko" yox idi"

Simeone: "İkinci hissədə meydanda "Atletiko" yox idi"
XƏBƏR 24 Fevral 2014 / 11:29 1640
-  A +

"Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone La Liqada məğlub olduqları "Osasuna" ilə oyunu şərh edib.

Qol.Az-ın məlumatına görə, "AS" qəzetinə danışan argentinalı mütəxəssis rəqibin onları təəccübləndirdiyini bildirib:

"Osasuna" çox yaxşı oynadı. Onlar bizi yaxşı oyun keyfiyyəti ilə təəccübləndirdilər. Bəzən belə məğlubiyyətlər olur. Futbolçularım meydanda ləng davranırdılar. İkinci hissədə isə "Atletiko" sanki meydanda yox idi".

Qeyd edək ki, "Osasuna" - "Atletiko" matçı 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.


Son xəbərlər