"Qarabağ"a qalib gələ də bilərdik"

"Qarabağ"a qalib gələ də bilərdik"
XƏBƏR 23 Fevral 2014 / 19:39 1976
-  A +

"Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqanın 23-cü turunda "Qarabağ"la  oyunu (0:0) şərh edib.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, gürcü çalışdırcı heç-heçə etmələrini komandası üçün yaxşı nəticə hesab edib:

“Oyun maraqlı oldu. Qalib gələ də bilərdik, məğlub ola da bilərdik. Bir xal qazandıq. Bir neçə qol imkanından istifadə edə bilmədik. “Qarabağ”ın futbolçuları topla yaxşı rəftar edir, bir neçə təhlükəli qol epziodu yaratdılar. Bərabərliyi bizim üçün yaxşı nəticə hesab edirəm”.

Daha çox


Son xəbərlər