"Bavariya"nın hücumçusuna İtaliyadan təklif var

"Bavariya"nın hücumçusuna İtaliyadan təklif var
XƏBƏR 22 Fevral 2014 / 18:57 2771
-  A +

İtaliyanın "Roma" klubu mövsümün sonunda növbəti transfer hədəfini açıqlayıb.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisi "Bavariya"nın hücumçusu Mario Mandzukiçə "elçi" düşüb.

"Canavarlar" artıq xorvatiyalı futbolçunun transferi ilə bağlı Münhen klubuna rəsmi təklif göndəriblər. Dortmund "Borussiya"sından Robert Levandovskini transfer edən "Bavariya"nın mövsümün sonunda Mandzukiçi satacağı gözlənilir. Lakin 27 yaşlı futbolçu ilə bir neçə klub yaxın maraqlandığından "Bavariya" hələlik qərar verməkdə tələsmir.

Qeyd edək ki, Mandzukiçlə "Yuventus", "Çelsi" və "Volfsburq" klubları da yaxından maraqlanır.


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə