Soçi-2014: Son təmsilçisimiz mübarizəyə başlayır

Soçi-2014: Son təmsilçisimiz mübarizəyə başlayır
XƏBƏR 22 Fevral 2014 / 12:46 1857
-  A +

2014-cü il Soçi Qış Olimpiya Oyunlarında Azərbaycanın son təmsilçisi Patrik Braxner fevralın 22-də dağ xizəkçiliyinin slalom yarışında mübarizə aparacaq.

Avstriyalı legioner saat 16:45-də ilk yürüşə qatılacaq.

O, 117 idmançının qatılacağı mübarizədə 65-ci sıra nömrəsi ilə qüvvəsini sınayacaq. Finişə çatacağı halda, 22 yaşlı Braxner elə bu gün saat 20:15-də başlanacaq həlledici yürüşə vəsiqə qazanacaq. İki yürüşün cəmində daha yaxşı nəticə göstərən slalomçu qalib elan olunacaq.

Qeyd edək ki, Patrik Braxner daha öncə nəhəng slalom yarışında 53-cü yeri tutub. Qadın dağ xizəkçimiz Qaya Bassani Antivari nə slalom, nə də nəhəng slalomda mübarizə aparıb. Fiqurlu konkisürənlərdən ibarət Yuliya Zlobina – Aleksey Sitnikov dueti isə 12-ci yeri tutub (Lent.az).

Son xəbərlər
topaz banner