"Qarabağ" "Simurq"la oyunun hazırlıqlarına start verdi

"Qarabağ" "Simurq"la oyunun hazırlıqlarına start verdi
XƏBƏR 21 Fevral 2014 / 18:05 1757
-  A +

Topaz Premyer Liqanın XXIII turunda "Simurq"u qəbul edəcək "Qarabağ" klubu "Rəvan"la ayın 19-da baş tutan (2:0) sonuncu görüşdən sonra dərhal hazırlıqlara başlayıb. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qarabağ" klubu günün yeganə çalışmasına saat 16:00-da çıxıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş çalışma 90 dəqiqə davam edib. "Qarabağ"ın hazırlığında bütün futbolçular iştirak ediblər.

Ötən turu zədə səbəbindən buraxan Reynaldo artıq komandayla məşq edir. Fevralın 8-də "Qəbələ"ylə oyunda sıradan çıxan Admir Teli isə fizioterapevt nəzarətində çalışır.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Simurq" oyunu fevralın 23-də, saat 17:00-da başlayacaq.

Daha çox


Son xəbərlər