Millimizin heyətində dəyişiklik edildi

Millimizin heyətində dəyişiklik edildi
XƏBƏR 21 Fevral 2014 / 17:43 2238
-  A +

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının fevralın 24-dən 28-ə qədər Bakı şəhərində keçiriləcək təlim-məşq toplanışı üçün açıqlanmış heyətində dəyişiklik edilib. 

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, zədəli olduğu üçün Şahban Cəbrayılov (Anji, Rusiya) heyətdən çıxarılıb.

Onun əvəzinə yığmanın hazırlıq prosesinə "Neftçi" klubundan Aqşin Qurbanlı dəvət olunub.

Son xəbərlər
topaz banner