Son iki ev oyununda xal qazana bilməyən “Qəbələ” Topaz Premyer Liqasının XXIII turunda yenidən doğma azarkeşləri önünə çıxacaq.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Yuri Syominin futbolçuları 2014-cü ildə 3-cü ev oyununu “Rəvan”a qarşı keçirəcək.
Paytaxt təmsilçisi ilə qarşılaşma “qırmızı-qaralar”ın bu rəqiblə 7-ci matçı olacaq. İlk dəfə 3 il əvvəl üz-üzə gələn komandalar indiyədək yalnız Premyer Liqa çərçivəsində qarşılaşıblar.
Bu 6 oyunda “Qəbələ”nin üstünlüyü var. Heç vaxt rəqibi ilə bərabərə qalmayan komanda 4 qələbə qazanıb və 2 dəfə məğlub olub. Qələbə sayında olduğu kimi top fərqində də “qırmızı-qaralar” ikiqat üstünlüyə malikdir – 14:7. Bunda komandanın bütün matçlarda qol sevinci yaşamasının da rolu böyükdür.
Öz meydanında keçirdiyi hər 3 oyunda məğlub olan bakılılar Qəbələ təmsilçisinin ev oyunlarında qalib gəlməyi bacarıb. Lakin “qırmızı-qaralar” son ev oyununda da üstün olmağı bacarıb. Bununla da “Rəvan”la görüşlərdə “Qəbələ” ardıcıl qələbələrin 3-ə çatmasına töhvə verib. Bu dəfəki qələbə isə seriyanı 4-ə çatdıracaq. Syominin komandası ev oyunlarında 6 qol vurub və eyni sayda da buraxıb.
“Qəbələ”nin “Rəvan”la oyunlarında qeydə alınan 21 qola 18 futbolçu imza atıb. Yalnız 2 futbolçu, hazırda “Qəbələ”nin şərəfini qoruyan Yannik Kamananla Viktor Mendi bu duellərdə 1 dəfədən çox fərqlənib. Yannik isə duellərin mütləq rekordçusudur – 3 qol.
2011/12. Premyer Liqa
30.09.2011. Qəbələ - Rəvan (Bakı) - 2:3
Murad Hüseynov, 7; Luiz Hilario, 78 - Murad Hüseynov, 22-ö.q; Con Pelu, 35; Samuel Barlay, 52
2011/12. Premyer Liqa
03.03.2012. Rəvan (Bakı) - Qəbələ - 0:4
Viktor Mendi, 3; Yannik Kamanan, 9; 25; Deon Barton, 83
2012/13. Premyer Liqa
24.09.2012. Qəbələ - Rəvan (Bakı) - 1:3
Aleksandr Çertoqanov, 37 - Juan Manuel Varea, 23; Kristian Torres, 64; Nuran Qurbanov, 90+1
2012/13. Premyer Liqa
25.11.2012. Rəvan (Bakı) - Qəbələ - 1:3
Tofiq Mikayılov, 23 - Viktor Mendi, 12; Rəşad Abdullayev, 27; Lourival Assis, 70-p.
2013/14. Premyer Liqa
20.09.2013. “Qəbələ” – “Rəvan” - 3:0
Daniel Subotiç, 8; Vladimir Levin, 9; Leonardo da Silva, 53 (p)
2013/14. Premyer Liqa
29.11.2013. “Rəvan” – “Qəbələ” - 0:1
Yannik Kamanan, 26
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”