Trapattoni Fil Dişi Sahili yığmasını çalışdıracaq

Trapattoni Fil Dişi Sahili yığmasını çalışdıracaq
XƏBƏR 21 Fevral 2014 / 16:09 1758
-  A +

Fil Dişi Sahili millisində "DÇ-2014"dən sonra baş məşqçi dəyişikliyi olacaq.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı məlumata görə, Afrika təmsilçisi Covanni Trapattoni ilə razılığa gəlib.
 
İtaliyalı mütəxəssis milli ilə dörd illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Trapattoni son olaraq İrlandiya yığmasında işləyib.

Xatırladaq ki, "Qalatasaray"ın futbolçusu Didye Droqbanın şərəfini qoruduğu komandanı hazırda Sabri Lyamuşi çalışdırır.


Son xəbərlər
topaz banner