Xavi: "Barselona" heç bir rəqibindən çəkinmir"

Xavi: "Barselona" heç bir rəqibindən çəkinmir"
XƏBƏR 21 Fevral 2014 / 14:30 1935
-  A +

"Barselona" klubunun yarımmüdafiəçisi Xavi Hernandez komandasının hazırkı durumu haqda danışıb.

Qol.Az-ın məlumatına görə, ispaniyalı futbolçu "Goal.com"a açıqlamasında "Barselona" bu mövsüm əla formada olduğunu bildirib:

"Barselona" Çempionlar Liqasında heç bir rəqibdən çəkinmir. Nə "Bavariya", nə "Atletiko", nə də PSJ-dən qorxumuz yoxdur. Özümüzü yaxşı hiss edirik və hər oyunda qələbə üçün döyüşməyə hazırıq. La Liqada liderik, İspaniya kubokunun finalındayıq və ÇL-də inamla irəliləyirik. Bütün bunlar bizim əla formada olduğumuzu göstərir".


Son xəbərlər
topaz banner