Rüştü: "Valdes "Barselona"da qalmalıdır"

Rüştü: "Valdes "Barselona"da qalmalıdır"
XƏBƏR 21 Fevral 2014 / 13:29 2157
-  A +

"Barselona" klubunun sabiq qapıçısı Rüştü Rəcbər komandanın hazırkı qolkiperi Viktor Valdesin mövsümün sonunda Kataloniya klubundan ayrılamaq istəməsinə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, Rəcbər İspaniya mətbuatına açıqlamasında Valdesin "Barselona"da qalmalı olduğunu deyib:

"Mən "Barselona"da olarkən Valdes çox gənc idi və meydana çıxmaq üçün tələsirdi. Ancaq o artıq yetkin və təcrübəli qapıçıdır. Məncə, əgər o əsas heyətdə meydana çıxırsa, "Barsa"nı tərk etməməlidir. Valdes karyerasını "Barselona"da başa vura bilər. Bir daha düşünməlidir".

Qeyd edək ki, Rüştü 2003-2004-cü illərdə "Barselona"nın şərəfini qoruyub.


Son xəbərlər
topaz banner