Ukraynanın “Dinamo” komandasının futbolçusu Vladimir Kalitvintsev Kiyevdə hücuma məruz qalıb. Lent.az-ın məlumatına görə, 21 yaşlı yarımmüdafiəçiyə “tituşka”ların zərbələrinə tuş gəlib.
Siyasi qüvvələrin sifarişi ilə maddi mükafat qarşılığında vətəndaşlara güc tətbiq edən xuliqanlar Kalitvintsevin çənəsini qırıblar. Onlar qarətə də əl atmaq istəyiblər, lakin futbolçu tək olmadığından, cinayətkarlar hadisə yerindən qaçıblar.
Qeyd edək ki, Kiyevdəki çaxnaşmalarla əlaqədar “Dinamo”nun İspaniya “Valensiya”sı ilə Avropa Liqasında ilk 1/16 final matçı Kiprdə keçirilib. Oyun “Valensiya”nın qələbəsi ilə yekunlaşıb – 2:0. Vladimir Kalitvintsev heyətə salınmadığından, qarşılaşmaya aparılmayıb.
Keyn sıradan çıxdı
"Çelsi"dən antirekord
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək