"İnter"dən Vidiç açıqlaması

"İnter"dən Vidiç açıqlaması
XƏBƏR 20 Fevral 2014 / 20:59 1710
-  A +

"İnter" "Mançester Yunayted"in futbolçusu Nemanya Vidiçlə razılığa gəldikləri ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Qol.Az-ın məlumatına görə, İtaliya təmsilçisinin prezidenti Erik Thorir klubun rəsmi saytına açıqlamasında bu transferin bitmədiyini deyib:

"90 faiz onunla razılığa gəlmişik. Amma dəqiq olmadan bunu açıqlamayacağıq. Çünki danışıqlar hələ də davam edir".

Qeyd edək ki, mövsümün sonunda "qırmızı şeytanlar"dan ayrılacaq Vidiçin "İnter"lə iki illik müqavilə imzalamaq barədə razılığa gəldiyi iddia edilmişdi.


Son xəbərlər
topaz banner