"Rəvan" "Qəbələ" ilə oyunun hazırlıqlarına başladı

"Rəvan" "Qəbələ" ilə oyunun hazırlıqlarına başladı
XƏBƏR 20 Fevral 2014 / 18:25 1403
-  A +

Topaz Premyer Liqasının 23-ci turunda səfərdə "Qəbələ” ilə qarşılaşacaq "Rəvan” bu oyunun hazırlıqlarına başlayıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, çərşənbə günü "Qarabağ”la qarşılaşan komanda bazar günü yenidən meydana çıxacağından istirahət etmədən məşqləri davam etdirib.

"Bayıl Arena”da baş məqşçi Güvənc Kurtarın rəhbərliyi altında keçirilən hazırlıqda "Qarabağ”la görüşdə start heyətində meydana çıxanlar yüngül məşqlə kifayətlənib. Komandanın digər üzvləri isə tam qrupda məşq edib.

Qeyd edək ki, "Qəbələ” – "Rəvan” oyunu fevralın 23-də, saat 13:00-da başlayacaq.


Son xəbərlər
topaz banner