Soçi - 2014: Norveç çempionlara başçılıq edir

Soçi - 2014: Norveç çempionlara başçılıq edir
XƏBƏR 20 Fevral 2014 / 10:11 1624
-  A +

Fevralın 19-da olimpiada oyunlarında qazanılan medalların sayına görə ilk beşlikdə dəyişiklik olub. Çempionlar siyahısında Norveç birinci pilləyə yüksəlib.
 
Lent.az-nı «BBC»-yə istinadən məlumatına görə, onlar  9 qızıl, 4 gümüş və 7 bürünc qazanıb.
 
Ondan sonrakı ikinci yeri  8 qızıl, 3 gümüş və 4 bürünclə Almaniya tutur. 7 qızıl, 5 gümüş, 11 bürünclə ABŞ üçüncü, 6 qızıl, 9 gümüş və 7 bürünc medalla  Rusiya 4-cü, 6 qızıl, 7 gümüş və 9 bürünclə Niderland 5-ci yerdədir.
 

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq