Messidən daha bir rekord

Messidən daha bir rekord
XƏBƏR 19 Fevral 2014 / 21:15 2502
-  A +

"Barselona"nın futbolçusu Lionel Messi "Real"ın keçmiş hücumçusu Raul Qonzalesin rekordunu təkrarlayıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, argentinalı ulduz Çempionlar Liqasının 1/8 finalında "Mançestester Siti" ilə matçda (2:0) fərqlənərək bu turnirdə qollarının sayını 66-a yüksəldib.
 
Bununla da o, ÇL-də bir komandada ən çox fərqlənən Raulun rekorduna şərik olub.

Qeyd edək ki, Messi daha beş dəfə qol rəqib qapılarına yol tapacağı təqdirdə ÇL tarixinin ən çox qol vuran futbolçusu olacaq. Hazırda bu rekord da Raula (71) məxsusdur.


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq