UEFA “Dinamo”nun Kiyevdə oynamasına icazə verdi

UEFA “Dinamo”nun Kiyevdə oynamasına icazə verdi
XƏBƏR 19 Fevral 2014 / 11:30 1470
-  A +

Ukraynanın paytaxdındakı qanlı toqquşmalara baxmayaraq, fevralın 20-i Avropa Liqasının "Dinamo" - "Valensiya" matçı Kievdə baş tutacaq.

Qol.Az-ın İspaniyanın rəsmi xəbər agentliyi "EFE"yə istinadən yaydığı xəbərə görə, UEFA ölkədə olan etirazların matçın keçirilməsinə təsir etməyəcəyini açıqlayıb. Qitənin ali futbol qurumun bu oyunda heç bir problem yaranmaması üçün tədbirlər gördüyü bildirilib.

Qeyd edək ki, "Valensiya" matçdan bir gün öncə Kiev stadionundakı hazırlığını ləğv edib. Klubun baş məşqçisi Xuan Antonia Pizzi və bir neçə futbolçunun iştirak etdiyi mətbuat konfransı komandanın qaldığı oteldə keçirilib. "Valensiya"  matç bitən kimi gecə İspaniyaya qayıdacaq.

Daha çox


Son xəbərlər