Topaz Premyer Liqanın XXII turunu səfərdə keçirəcək “Qəbələ” ardıcıl iki ev oyunundan sonra AZAL-ın qonağı olacaq.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, cari mövsümün ilk iki dövrəsində rəqibinə xal verməyən Yuri Syominin yetirmələri ardıcıl 3-cü qələbə üçün Bakıda meydana çıxacaq.
“Qara-qırmızılar” üçün bu görüş “təyyarəçilər”ə qarşı 21-ci oyun olacaq. Belə ki, “Qəbələ” ilə AZAL 16 dəfə Premyer Liqada, 4 dəfə kubokda görüşüblər. Bakılılar əvvəlki qarşılaşmalarda üstünlüyə malikdir. Paytaxt təmsilçisinin hesabında 8 qələbə var. 6 dəfə meydanı qalib kimi tərk edən "Qəbələ" klubu tarazlıq yaratmaq üçün mövsümün son iki dövrəsində də rəqibinə xal verməməlidir. Digər 6 oyunda bərabərlik qeydə alınıb. Top fərqində də üstünlük paytaxt futbolçularının tərəfindədir – 28:16.
11-ci dəfə AZAL-ın qonağı olacaq “Qəbələ” səfərdə 3 qələbə qazanıb. Bundan başqa, bir dəfə də 1 xalla rəqib meydanından ayrılan "qırmızı-qaralar" 6 dəfə uduzub. Bakılıların meydanında 9 qol vuran qonaqlar 20 top buraxıb.
AZAL-la oyunlarda “Qəbələ”nin heyətində ən çox fərqlənən Kənan Kərimovdur. Onun hesabında 3 qol var. Kristian Torreslə Fərxad Hatəmi isə 2 qolun müəllifidir. Baş tutan matçlardakı yeganə avtoqol AZAL-da oynamış Alves dos Santosun hesabındadır.
2006/07. Premyer Liqa
04.11.2006. Gilan (Qəbələ) - Olimpik (Bakı) - 0:3
Xaqani Məmmədov, 32, Yovan Drobnyak, 41, Vidadi Rzayev, 80
2006/07. Premyer Liqa
03.05.2007. Olimpik (Bakı) - Gilan (Qəbələ) - 3:1
Xaqani Məmmədov, 25, Pathe Banqura, 27, Namiq Əliyev, 62 – Vitali Balamestnı, 33
2007/08. Premyer Liqa
02.09.2007. Qəbələ - Olimpik (Bakı) - 0:1
Fərrux İsmayilov, 38
2007/08. Premyer Liqa
15.03.2008. Olimpik (Bakı) - Qəbələ - 2:0
Junivan Suares, 22, Fabio Luis Ramim, 80
2008/09. Premyer Liqa
18.10.2008. Olimpik (Bakı) - Qəbələ - 1:0
Revaz Qetsadze, 4
2008/09. Azərbaycan kuboku, ¼ final
25.02.2009. Qəbələ - Olimpik (Bakı) - 1:1
Kənan Kərimov, 67-p. - Bəşir Müqədi, 35-p.
2008/09. Azərbaycan kuboku, ¼ final
11.03.2009. Olimpik (Bakı) - Qəbələ - 0:1
Fərzad Hatəmi, 66
2008/09. Premyer Liqa
12.04.2009. Qəbələ - Olimpik (Bakı) - 1:1
Fərzad Hatəmi, 49 - Leandro Qomeş, 86
2009/10. Premyer Liqa
17.10.2009. Qəbələ - Olimpik-Şüvəlan (Bakı) - 2:1
Kənan Kərimov, 60; Alves dos Santos, 68 (avtoqol) - Anatoli Doroş, 55
2009/10. Azərbaycan kuboku, 1/8 final
04.11.2009. Olimpik-Şüvəlan (Bakı) - Qəbələ - 2:0
Anatoli Doroş, 73; 74
2009/10. Azərbaycan kuboku, 1/8 final
11.11.2009. Qəbələ - Olimpik-Şüvəlan (Bakı) - 1:0
Kənan Kərimov, 90-p.
2009/10. Premyer Liqa
02.02.2010. Olimpik-Şüvəlan (Bakı) - Qəbələ - 0:2
Kristian Torres, 11; 43
2010/11. Premyer Liqa
23.10.2010. Qəbələ - AZAL (Bakı) - 0:0
2010/11. Premyer Liqa
19.12.2010. AZAL (Bakı) - Qəbələ - 2:2
Qvidas Yuska, 45+5; Robert Petrov, 90 - Arif İsayev, 3; Milan Antiç, 19
2011/12. Premyer Liqa
19.08.2011. Qəbələ - AZAL (Bakı) - 1:1
Deon Barton, 50 - Viktor İqbekoyi, 43
2011/12. Premyer Liqa
05.11.2011. AZAL (Bakı) - Qəbələ - 3:0
Tales Şütz, 49; 68; Tərlan Xəlilov, 90+1
2012/13. Premyer Liqa
29.09.2012. Qəbələ - AZAL (Bakı) - 0:0
2012/13. Premyer Liqa
03.03.2013. AZAL (Bakı) - Qəbələ - 6:1
Viktor İqbekoyi, 17; Cavid Tağıyev, 47; 60; Branislav Arsenyeviç, 71; Zohair Benouahi, 77, Con Olufemi, 90+3 - Mustafa Dabo, 12
2013/14. Premyer Liqa
15.09.2013. AZAL (Bakı) - Qəbələ - 1:2
Con Oluremi, 3 - Viktor Mendi, 6, Daniyel Subotiç, 30
2013/14. Premyer Liqa
22.11.2014. Qəbələ – AZAL - 1:0
Leonardo da Silva, 72
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı