Kasilyas "Real"dan gedəcəyini açıqladı

Kasilyas "Real"dan gedəcəyini açıqladı
XƏBƏR 18 Fevral 2014 / 13:55 3390
-  A +

"Real" (Madrid) klubunun qapıçısı İker Kasilyas komandadakı gələcək taleyi ilə bağlı qərarını açıqlayıb.

Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu mövsümün sonunda "Real"dan ayrılacağını bildirib.

Futbolçunun meneceri ona gələcək təklifləri dəyərləndirəcəklərini deyib. Artıq Kasilyasla "Milan" və "Napoli" klubları yaxından maraqlanır.

Qeyd edək ki, Kasilyas bu mövsüm cəmi 14 oyunda meydana çıxıb və qapısında 4 qol görüb.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner