"İbrahimoviç dünyanın ən yaxşı üç futbolçusundan biridir"

"İbrahimoviç dünyanın ən yaxşı üç futbolçusundan biridir"
XƏBƏR 18 Fevral 2014 / 02:50 2533
-  A +

İngiltərə futbolunun canlı əfsanəsi Devid Bekhem PSJ-dəki sabiq komanda yoldaşı Zlatan İbrahimoviç haqda xoş sözlər deyib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Bekhem isveçli forvardın dünyanın ən güclü 3 futbolçusundan biri olduğunu bildirib:

"İbrahimoviçlə bir komandada oynamaq mənim üçün böyük şərəf idi. Altı ay da olsa, onunla birgə oynamaqdan qürur duydum. O, dünyanın ən güclü 3 futbolçusundan biridir. Buna şübhəm yoxdur. Ona hər zaman heyran olmuşam və eyni komandada oynamaq istəmişəm. İbrahimoviç birgə oynadığım ən yaxşı futbolçulardan biridir. O, eyni zamanda meydandan kənarda da yaxşı insandır".


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır