"Hamburq"a yeni baş məşqçi təyin edildi

"Hamburq"a yeni baş məşqçi təyin edildi
XƏBƏR 17 Fevral 2014 / 19:16 2022
-  A +

Almaniyanın "Hamburq" klubunu yeni baş məşqçisinin adı müəyyənləşib.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, bundesliqa təmsilçisini bundan sonra Mirko Slomka çalışdıracaq. 46 yaşlı mütəxəssislə iki il yarımlıq müqavilə imzalanıb.

Xatırladaq ki, komanda son həftələrdə məğlub olduğu üçün rəhbərlik Bert Marveyklə yolları ayırmışdı.

Qeyd edək ki, "Hamburq" hazırda turnir cədvəlində 16 xalla 17-ci pillədədir.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır