"Neftçi"nin futbolçusu üzr istədi

"Neftçi"nin futbolçusu üzr istədi
XƏBƏR 17 Fevral 2014 / 18:56 3219
-  A +

"Əsas heyətimizin 4-5 futbolçusunun çıxış etməməsinə baxmayaraq, “Bakı” klubu ilə oyun bərabər səviyyədə keçdi. Nəticəyə gəldikdə isə sadəcə bəxtimiz gətirmədi. Elə təkcə mənim bu matçda bir neçə dəfə qol vurmaq imkanım oldu. Təəssüf ki, bu vəziyyətlərdə yararlana bilmədim.

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin hücumçusu Melvin Platye klubun rəsmi saytına açıqlamasında deyib.

Hollandiyalı futbolçu zəif çıxışına görə, azarkeşlərdən üzr istəyib: "Əlbəttə, heç kim istəməzdi ki, belə olsun. Həmin vəziyyətləri boşa verməsəydim nəticə fərqli ola bilərdi. Bu səbəbdən də azarkeşlərimizdən üzr istəyirəm. Başa düşürəm ki, hücumçu kimi vəzifəm qol vurmaqdır və gələcək oyunlarda bu uğursuzluğu unutduracağam. Bizi yalnız qızıl medallar qane edir. Çempionluq üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə bunun öhdəsindən gələ biləcəyik. “İnter”lə oyunda da sadiq “Neftçi” azarkeşlərini stadiona dəvət edirik”.

Qeyd edək ki, "Neftçi" ötən tur "Bakı"ya 0:2 hesabı ilə məğlub olub.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır