"Barselona"ya qarşı oynamaq istəmirəm"

"Barselona"ya qarşı oynamaq istəmirəm"
XƏBƏR 17 Fevral 2014 / 10:58 2873
-  A +

"Mançester Siti"nin futbolçusu Yaya Ture Çempionlar Liqasının 1/8 finalında sabah baş tutacaq "Barselona" ilə matçda oynamaq istəmir.

Qol.Az-ın məlumatına görə, UEFA-ya danışan yarımmüdafiəçi keçmiş klubuna qarşı forma geyməyin çətin olacağını deyib:

"Barselona"ya böyük hörmətim var. Orada olarkən çox şey öyrəndim. Mənə kömək edən dostlarım hələ də Kataloniya klubunda oynayır. "Barsa" ilə matç mənim üçün çətin olacaq. Çünki onlarla matçda oynamaq istəmirəm".

Qeyd edək ki, Y.Ture 2007-2010-ci illərdə "Barselona"da çıxış edib.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır