Filipp Lam: "Arsenal" bizim üçün ən təhlükəli rəqibdir"

Filipp Lam: "Arsenal" bizim üçün ən təhlükəli rəqibdir"
XƏBƏR 15 Fevral 2014 / 21:40 2120
-  A +

"Bavariya"nın futbolçusu Filipp Lam Çempionlar Liqasının 1/8 finaldakı rəqibləri "Arsenal"dan qorxur.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli müdafiəçi London klubunu ÇL-də ən təhlükəli rəqib hesab edib:
"Çox çətin oyun olacaq. "Arsenal" bizim üçün ən təhlükəli rəqibdir. Hər iki komanda meydanda  yaxşı oyun nümayiş etdirməyə çalışacaq. Bu qarşılaşmanı bir futbol azarkeşi kimi mən də səbirlizliklə gözləyirəm".

F.Lamın fikrincə, "Arsenal"ın hücumda oynaması onların işini asanlaşdıracaq: "Müdafiə olunan futbol oynamaq əvəzinə "Arsenal"ın hücumda oynaması bizim üçü daha yaxşı olacaq. Ümid edirəm ki, bu sözlərimə görə rəqib bizi cəzalandırmaz".

Qeyd edək ki, "Arsenal" - "Bavariya" matçı fevralın 19-u baş tutacaq.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner