Messi: "Onun dedikləri məni maraqlandırmır"

Messi: "Onun dedikləri məni maraqlandırmır"
XƏBƏR 15 Fevral 2014 / 20:06 3728
-  A +

"Barselona" futbolçusu Lionel Messi 1980-ci illərdə klubun məşqçisi Anxel Kappanın onun haqda dediklərinə münasibət bildirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, argentinalı hücumçunun futbol oynamaq istəyinin azaldığını demişdi.

Messi isə Kappaya cavabında bildirib ki, deyilən fikirlərlə razılaşmır: "Kappanın açıqlaması məni maraqlandırmır. Niyə belə dediyini də anlamıram. Mənim düşündüyüm yeganə şey əsl gücümü hər kəsə göstərməkdir. Özümü futbol oynamağa həsr etmişəm. Qol vurmadığım zaman çıxışımdan razı ola bilmərəm".

Daha çox


Son xəbərlər
topaz banner