Ötən gün Təbriz və Urmiya şəhərləri başda olmaqla, İranda yaşayan azərbaycanlılar küçə və meydanlara axışaraq, “Traktorsazi” komandasının uğurunu qeyd ediblər.
APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, İranın futbol üzrə ölkə çempionatında mübarizə aparan Təbrizin “Traktorsazi” komandasının bir ilkə imza ataraq, tarixində ilk dəfə İran Kubokunu (Cam-e Hezfi İran) qazanması soydaşlarımızın böyük sevincinə səbəb olub.
Minlərlə insan Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağını dalğalandıraraq, milli musiqi sədaları altında rəqs edib, “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!”, “Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Ya, ya, ya, şa, şa, şa, Azərbaycan çox yaşa!”, “Azərbaycan bizimdir, Əfqanıstan sizindir!”, “Təbriz, Bakı, Ankara, biz hara, farslar hara?”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq!”, “Haray, haray, mən türkəm!”, “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!”, “Urmiya gölü can verir, məclis onun qətlinə fərman verir!”, “Gəlin gedək ağlayaq, Urmiya gölünü dolduraq!”, “Durnalar küsməyin, gölümüz bir daha dolacaq!” və digər şüarlar səsləndiriblər.
Qeyd edək ki, “Traktorsazi” İran Kubokunun fevralın 14-də keçirilən finalında Kirman şəhərinin “Mis” komandasını 1:0 hesabı ilə məğlub edib.
“Traktorsazi” İran Kubokunun sahibi olmaqla gələn il Asiya Çempionlar Liqasında mübarizə aparmaq hüququ da qazanıb.
Yuxarı
Ronaldodan 987-ci qol
Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı
2-ci liqada həftənin hakimləri
"Sabah"ın "Barselona" hazırlığından - Şəkillər
"Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı
Andrey Arşavin Bakıya gəlib
“Barselona” Bakı Olimpiya Stadionunda - Video
"Sabah" La Liqa komandalarını xatırladır" - Flik
“Yamalın yoxluğu hiss olunacaq, amma...”
“Böyük klublar fərdi oyunçulardan asılı olmur” - Daşdəmirov
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur!
“Yaxşı oyun olacağına inanıram” - “Sabah”ın futbolçusu
“Barselona”ya qol vurmağımız vacib olardı” - Dambrauskas
Hakimi klub rəhbərliyinə müraciət etdi
Endrik 2-3 həftə oynamayacaq
La Liqanın vitse-prezidenti istefa verdi