Arda Turan yeni reklama çəkilir

Arda Turan yeni reklama çəkilir
XƏBƏR 15 Fevral 2014 / 14:13 1490
-  A +

Türkiyə millisinin futbolçusu Arda Turan reklam çarxına çəkiləcək.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, “Atletiko” (Madrid) klubunun üzvü “Simit Sarayi”nın yeni kampaniyasının tanıtımını edəcək.

Şirniyyat məhsulları istehsal edən şirkətin yaradıcısı Haluk Okutur Ardaya tərəf müqabili axtardıqlarını bildirib:

“Arda Türkiyəni dünyada təmsil edir. Oynadığı reklamlar gözəl effekt verir. Onun düzgün seçim olduğunu düşünürəm. Yeni reklam filmi üçün Ardaya tərəf müqabili tapmağa çalışırıq. Qısa müddətdə seçimlərlə tanış olub qərar verəcəyik”.

Qeyd edək ki, A. Turan daha əvvəl də adıçəkilən firmanın reklam çarxında iştirak edib.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu