"Real"dan Eden Hazarda 80 milyon avro

"Real"dan Eden Hazarda 80 milyon avro
XƏBƏR 15 Fevral 2014 / 11:47 2975
-  A +

"Real" (Madrid) klubunun mövsümün sonunda transfer etmək istədiyi daha bir futbolçunun kimliyinə aydınlıq gəlib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Madrid təsmilçisi "Çelsi"nin hücumçusu Eden Hazarda "elçi" düşüb.

"Kral klubu" 23 yaşlı futbolçunun transferi üçün qarşı tərəfə 80 milyon avro təklif edib. London klubunun rəhbərliyi bu təklifi müsbət qarşılasa da, baş məşqçi Joze Mourinyo Hazardın komandada saxlanmasının tərəfdarı olduğunu açıqlayıb.

Qeyd edək ki, PSJ klubunun yaxından maraqlandığı belçikalı futbolçu bu mövsüm keçirdiyi 26 oyunda 12 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner