Robin van Persi "Arsenal"a qayıda bilər

Robin van Persi "Arsenal"a qayıda bilər
XƏBƏR 14 Fevral 2014 / 23:01 2996
-  A +

"Mançester Yunayted"in futbolçusu Robin van Persi yeni mövsümdən sabiq klubu "Arsenal"a qayıda bilər.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı məlumata görə, hollandiyalı hücumçunun meneceri ilə London klubunun baş məşqçisi Arsen Venger görüşüblər.

"MY"da xoşbəxt olmadığı bildirilən oyunçunun "Arsenal" qayıtmaq şanslarının yüksək olduğunu yazılıb.  R.Persini "qırmızı-şeytanlar"da ən çox narahat edən komandanın bu mövsüm göstərdiyi uğursuz çıxışıdır.

Qeyd edək ki, Persi cari mövsümdə "MY"da 20 matçda iştirak edib və 13 qol vurub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner