Roberto Mançini saxtakarlıqda ittiham olunur

Roberto Mançini saxtakarlıqda ittiham olunur
XƏBƏR 14 Fevral 2014 / 20:55 2705
-  A +

"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini saxtakarlıqda ittiham olunur.

Qol.Az-ın goal.com-a istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssisin adı İtaliyada bir əmlak şirkətinin etdiyi saxtakarlıqda hallanır.

49 yaşlı çalışdırıcı isə bu məsələ ilə bağlı heç bir günahının olmadığını deyib:
"Bu işlərdən kənardayam.  Mən sadəcə şirkətin üzvlərindən biri idim. Şirkətdə bir idarəçi hər şey ilə məşğul idi".

Mançini bildirib ki, bu cür məsələlərdə adının hallanması onu narahat edir: "Bu, mənə mənfi mənada təsir edir. Heç bir zaman belə vəziyyətlə qarşılaşacağımı düşünməzdim".


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner