"PSJ Çempionlar Liqasını qazanmaq üçün oynayacaq"

"PSJ Çempionlar Liqasını qazanmaq üçün oynayacaq"
XƏBƏR 14 Fevral 2014 / 19:00 1903
-  A +

PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç komandasının hədəfləri haqda danışıb.

Qol.Az-ın məlumatına görə, UEFA-nın rəsmi saytına danışan isveçli forvard komandasının Çempionlar Liqasını qazanmaq üçün oynayacağını bildirib:

"Çempionlar qazanmaq? Bu, artıq zirvədir. Hansı ki, ÇL-i qazanmaq hər komandaya nəsib olmur. Bu mövsüm bizim belə hədəfimiz yoxdur. Ancaq 1/4 finala yüksələ bilsək, bu barədə düşünəcəyik. Komandamız ildən-ilə inkişaf edir. Yaxın illərdə PSJ Çempionlar Liqasını qazanmaq üçün oynayacaq".

Qeyd edək ki, PSJ Çempionlar Liqasının 1/4 finalında "Bayer" (Leverkuzen) klubu ilə qarşılaşacaq.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner