"Qarabağ" AZAL-la oyuna hazırdır

"Qarabağ" AZAL-la oyuna hazırdır
XƏBƏR 14 Fevral 2014 / 17:52 1619
-  A +

Topaz Premyer Liqanın XXI turunda AZAL-ı qəbul edəcək "Qarabağ" klubu bu matçın hazırlıqlarını tamamlayaraq oyun saatını gözləyir.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qarabağ"ın oyunöncəsi son çalışması 1 saat davam edib.

"Qarabağ"ın heyətində tək itki Admir Telidir. Albaniyalı futbolçu hələ 2 həftə sonra meydanlara dönəcək. Əvəzində Antalyada keçirilən təlim-məşq toplanışı zamanı zədələnən Nikolas Gelaşvili təmamilə sağalıb və baş məşqçi Qurban Qurbanov şans verəcəyi təqdirdə gürcüstanlı futbolçu meydana çıxacaq.

Qeyd edək ki, "Qarabağ" - AZAL oyunu sabah, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 17:00-da start götürəcək.

Son xəbərlər
29.04.24  12:37

Xavinin yeganə ümidi