"Mançester Yunayted" transferlərə 250 milyon avro ayırdı

"Mançester Yunayted" transferlərə 250 milyon avro ayırdı
XƏBƏR 14 Fevral 2014 / 17:09 2537
-  A +

Bu mövsüm tarixinin ən uğursuz çıxışını edən "Mançester Yunayted" klubu yayda transferlərə yüksək məbləğdə pul xərcləməyi planlaşdırır.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, "qırmızı şeytanlar" transferlərə 250 milyon avro büdcə ayırıb.

Heyətində ulduz oyunçuların az olduğu klub komandaya yeni futbolçular cəlb etməklə yeni mövsümdən çempionluq uğrunda mübarizə aparmaq niyyətindədir.

Qeyd edək ki, "Mançester Yunayted" hazırda Premyer Liqada 42 xalla 7-ci pillədə qərarlaşıb.

 


Son xəbərlər