"Trabzonspor"la oyunöncəsi "Yuventus"da ciddi itki

"Trabzonspor"la oyunöncəsi "Yuventus"da ciddi itki
XƏBƏR 14 Fevral 2014 / 14:25 2578
-  A +

Avropa Liqasının 1/16 final mərhələsində "Trabzonspor"la qarşılaşacaq "Yuventus" klubu bu oyuna ciddi itki ilə çıxa bilər.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, komandanın futbolçusu Mirko Vucinic məşqdə zədələnib.

Onun bir neçə həftəyə sağalacağı bildirilib. 30 yaşlı hücumçunun Avropa Liqasında "Trabzonspor"la fevralın 20 və 27-də oynanılacaq görüşlərdə iştirak etməyinin çətin olacağı açıqlanıb.

 


Son xəbərlər