İlkay Gündoğan: "Karyeramın ən çətin dönəmindəyəm"

İlkay Gündoğan: "Karyeramın ən çətin dönəmindəyəm"
XƏBƏR 14 Fevral 2014 / 12:45 2350
-  A +

"Yaşıl meydanlara qayıtmaq üçün çalışıram. Amma insanlar bunu görmür. Çünki mən idman zallarında məşq edirəm".

Qol.Az-ın "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, bu sözləri "Borussuya"nın zədəli futbolçusu İlkay Gündoğan mövsümün başa vurduğu iddialarına münasibət bildirərkən deyib.

Karyerasının ən çətin günlərini keçiridiyni etiraf edən türksəlli alman yarımmüdafiəçi tez bir zamanda yaşıl meydanlara dönəcəyini söyləyib:

"Bu, mənim üçün ciddi zədə oldu. Çünki uzun müddət futbol oynaya bilməmək çox çətindir. Karyeramın ən çətin dönəmindəyəm. Amma tezliklkə hər şey əvvəlki kimi olacaq".


Son xəbərlər