Riberi nə zaman qayıdır?

Riberi nə zaman qayıdır?
XƏBƏR 13 Fevral 2014 / 19:53 1614
-  A +

"Bavariya"nın zədəli futbolçusu Frank Riberinin nə zaman yaşıl meydanlara qayıdacağı məlum olub.

Qol.Az-ın "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, ayağından əməliyyat olunan fransanlı yarımmüdaiəçi ən tezi martın 1-i "Şalke" ilə matçda çıxış edəcək. Ancaq  onun sağalma müddəti qeyd olunan tarixdən bir həftə gecikə də bilər. Riberinin ən uzağı Çempionlar Liqasının 1/8 finalında "Arsenal"la cavab qarşılaşmasına yetişəcəyi bildirilib.

Qeyd edək ki, futbolçunun ÇL-də London klubu ilə oyunda iştirak etməyəcəyi artıq dəqiqləşib.

Daha çox


Son xəbərlər
topaz banner