Simeone "İnter"ə gedəcəkmi?

Simeone "İnter"ə gedəcəkmi?
XƏBƏR 13 Fevral 2014 / 13:31 2338
-  A +

"Atletiko"nun (Madrid) baş məşqçisi Dieqo Simeone gələcək karyerası haqda açıqlama verib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, "İnter"i çalışdıracağı ilə bağlı yayılan iddialara münasibət bildirən argentinalı mütəxəssis hazırda belə bir fikrinin olmadığını deyib:

"Burada xoşbəxtəm və "Atletiko"də işləməyim üçün çox yaxşı mühit var. Ancaq gələcəkdə "İnter"i çalışdıra bilərəm".

Qeyd edək ki, D.Simoeno futbolçu olduğu dönəmdə 1997-1999-ci illərdə "İnter"də çıxış edib.

Daha çox


Son xəbərlər
topaz banner