Cihan Özkara 63 dəqiqə oynadı, komandası uduzdu

Cihan Özkara 63 dəqiqə oynadı, komandası uduzdu
XƏBƏR 13 Fevral 2014 / 00:13 1664
-  A +

Millimizin futbolçusu Cihan Özkaranın şərəfini qoruduğu "Sivasspor" klubu Türkiyə kubokunda növbəti matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Sivas təmsilçisi qrup mərhələsinin son turunda səfərdə "Eskişehirspor"un qonağı olub.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətində meydana çıxan Cihan Özkara matçın 63-cü dəqiqəsində əvəzlənib. Millimizin üzvü yerini Aydın Karabuluta verib.

Qeyd edək ki, bu məğlubiyyətlə qrupda sonuncu pilləni tutan "Sivasspor" kubokda mübarizəni dayandırıb.

Daha çox


Son xəbərlər
topaz banner