"Mançester Yunayted"in futbolçusu "İnter" yolunda

"Mançester Yunayted"in futbolçusu "İnter" yolunda
XƏBƏR 13 Fevral 2014 / 00:20 2215
-  A +

"Mançester Yunayted"dən ayrılacağı gözlənilən Nemanya Vidiçin karyerasını İtaliya A Seriyasında davam etdirəcəyi iddia olunur.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, serbiyalı futbolçunun "İnter" klubu ilə anlaşdığı bildirilir.

Mançester təmsilçisi mövsümün sonunda komandası ilə müqaviləsi başa çatacaq Vidiçə yeni sözləşmə təklif etməyib. Belədə təcrübəli futbolçu ona gələcək təklifləri maksimum dəyərləndirəcəyini açıqlayıb. Artıq Vidiçin "İnter"də oynamağa razılıq verdiyi bildirilir.

Qeyd edək ki, Vidiç 2006-cı ildə "Spartak" (Moskva) klubundan "Mançester Yunayted"ə transfer olunmuşdu.

 

Daha çox


Son xəbərlər
topaz banner