Podolski: "Arsenal"dan ayrılmaq niyyətim yoxdur"

Podolski: "Arsenal"dan ayrılmaq niyyətim yoxdur"
XƏBƏR 13 Fevral 2014 / 00:01 1569
-  A +

"Arsenal" klubunun hücumçusu Lukaş Podolski ötən il "Şalke"yə transfer oluna biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın İngiltərə mətbuatına istinadən verdiyi məlumata görə, bu xəbəri təkzib edən polşa əsilli alman futbolçu "Arsenal"dan ayrılmaq niyyətində olmadığını deyib.

"Bu yanlış xəbər idi. Heç zaman "Şalke"yə keçmək ehtimalım olmayıb. Arsen Venger də bunu məndən soruşdu. Ancaq mən artıq keçmiş haqda düşünmürəm. Hazırda "Arsenal"dayam və bu komandadan ayrılmaq niyyətim yoxdur".

Qeyd edək ki, Podolski 2012-ci ildə "Köln" klubundan "Arsenal"a transfer olunub.

 

Daha çox


Son xəbərlər
topaz banner