Həmid Altıntop "Qalatasaray"ın heyətində

Həmid Altıntop "Qalatasaray"ın heyətində
XƏBƏR 12 Fevral 2014 / 20:57 2526
-  A +

"Qalatasaray"ım futbolçusu Həmid Altıntop uzun müddətlik fasilədən sonra bu gün yenidən komandasına kömək edə bilər.

Qol.Az-ın sporx.com-a istinadən verdiyi məlumata görə, Türkiyə kubokunda "Antalyaspor"la qarşılaşacaq "Cim-Bom"un heyətində o da  yer alıb. Baş məşqçi Roberto Mançinin şans verəcəyi təqdirdə onun ikinci hissədə  oyuna daxil olacağı gözlənilir.

Qeyd edək ki, H.Altıntop sonuncu dəfə İstanbul klubunda ötən ilin avqust ayında "Bursaspor"la matçda oynamışdı. Zədələndiyi üçün əməliyyat olunan futbolçu o vaxtdan indiyə kimi yaşıl meydanlardan uzaq qalıb.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner